CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Zeynalova: “Bizdə qadınların qanunları öyrənməsi ənənəsi yoxdu”

© Photo : APAMehriban Zeynalova, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri
Mehriban Zeynalova, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri - Sputnik Azərbaycan
Abunə olmaq
“Təmiz Dünya” Qadınların İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, mental düşüncələr bizim həyatımızda daha çox rol oynayır

Mehriban Zeynalova: “Bizdə qadınların qanunları öyrənməsi ənənəsi yoxdu”
Qadınların sosial-psixoloji vəziyyətinin gərginləşməsinin səbəblərini araşdırmaq lazımdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Təmiz Dünya" Qadınların İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

“Bir çoxları bunu iqtisadi amillərlə bağlayır. Qanunun aliliyi məsələsi həyatımızda mövcuddur. Bəs biz qanunları işlədirikmi, ona tabe oluruqmu? Qadınların qanunları öyrənməsi, onu tətbiq etməsi ənənəsi o qədər də mövcud deyil”.

“Streotiplər, mental düşüncələr bizim həyatımızda daha çox rol oynayır. Biz iki əks qütblə üz-üzə qalmışıq.  Hər iki cins bu problemlərdən əziyyət çəkir. Biz obyektiv yanaşıb problemin nədə olduğunu görməliyik” – deyə o bildirib.

Xəbər lenti
0