Mehriban Zeynalova: “Bizdə qadınların qanunları öyrənməsi ənənəsi yoxdu”
Qadınların sosial-psixoloji vəziyyətinin gərginləşməsinin səbəblərini araşdırmaq lazımdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Təmiz Dünya" Qadınların İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
“Bir çoxları bunu iqtisadi amillərlə bağlayır. Qanunun aliliyi məsələsi həyatımızda mövcuddur. Bəs biz qanunları işlədirikmi, ona tabe oluruqmu? Qadınların qanunları öyrənməsi, onu tətbiq etməsi ənənəsi o qədər də mövcud deyil”.
“Streotiplər, mental düşüncələr bizim həyatımızda daha çox rol oynayır. Biz iki əks qütblə üz-üzə qalmışıq. Hər iki cins bu problemlərdən əziyyət çəkir. Biz obyektiv yanaşıb problemin nədə olduğunu görməliyik” – deyə o bildirib.