"Fələstin məsələsində Qərb-Rusiya qarşıdurması yoxdur. Hər kəs İsraildən 1967-ci ildən əvvəlki sərhədlərə qayıtmasını istəyir. Lakin İsrail bu məsələdə dirənir. İşğal etdiyi ərazilərdə süni yaşayış yerləri salmaqda davam edir. Üstəlik bunu Qüds şəhərinin şərqində də edir. Halbuki, beynəlxalq ictimaiyyət Qüdsün şərqinin Fələstin muxtariyyətinin idarəçiliyinə verilməsini tələb edir. Ancaq İsrail bunu da istəmir" – Oqtay Sadıxzadə bildirib.
"Azərbaycanın özünün torpaqları işğal altındadır. Ona görə də, bu cür həssas məsələdə rəsmi Bakı, İsraillə dost münasibətlərə baxmayaraq, işğal faktını dana bilməz. Yəni özünə rəva görmədiyini, başqasına da görməz" — o vurğulayıb.