Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Fələstin məsələsində rəsmi Bakının mövqeyi dünya birliyi ilə üst-üstə düşür”

© Photo : PUBLIC DOMAINOqtay Sadıxzadə
Oqtay Sadıxzadə - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakıda keçirilən konfrans olduqca aktualdır. Rəsmi Bakının mövqeyi dünya birliyinin müəyyən etdiyi ölçüdədir",- deyə Bakı Slavyan Universitetinin professoru Oqtay Sadıxzadə bildirib.

Politoloq: “Fələstin məsələsində rəsmi Bakının mövqeyi dünya birliyi ilə üst-üstə düşür”
İyulun 20-də paytaxt Bakıda, Qüds problemi ilə bağlı iki gün davam edəcək beynəlxalq konfrans işə başlayıb. Bakı Slavyan Universitetinin professoru Oqtay Sadıxzadə də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, rəsmi Bakının Fələstin məsələsində mövqeyi dünya birliyinin mövqeyi ilə üst-üstə düşür.

"Fələstin məsələsində Qərb-Rusiya qarşıdurması yoxdur. Hər kəs İsraildən 1967-ci ildən əvvəlki sərhədlərə qayıtmasını istəyir. Lakin İsrail bu məsələdə dirənir. İşğal etdiyi ərazilərdə süni yaşayış yerləri salmaqda davam edir. Üstəlik bunu Qüds şəhərinin şərqində də edir. Halbuki, beynəlxalq ictimaiyyət Qüdsün şərqinin Fələstin muxtariyyətinin idarəçiliyinə verilməsini tələb edir. Ancaq İsrail bunu da istəmir" – Oqtay Sadıxzadə bildirib.

"Azərbaycanın özünün torpaqları işğal altındadır. Ona görə də, bu cür həssas məsələdə rəsmi Bakı, İsraillə dost münasibətlərə baxmayaraq, işğal faktını dana bilməz. Yəni özünə rəva görmədiyini, başqasına da görməz" — o vurğulayıb.

Xəbər lenti
0