16:56 26 Sentyabr 2017
Canlı yayım
Пресс-конференция на тему Перспективы развития азербайджанского спорта в свете Исламиады
© Sputnik / Murad Orujov

Ağacan Abiyev: “İslam Oyunlarında birinci olmağımız təsadüfi deyildi”

RADİO
Qısa URL
55 0 0

Millət vəkili, professor, MOK rəsmisi Ağacan Abiyev deyir ki, keçirdiyimiz idman yarışları ilə standartlarımızı dünyaya təqdim etmişik

“IV İslam həmrəyliyi oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi İslam həmrəyliyinin nəyə qadir olduğunu dünyaya sübut etdi”. Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili, professor, MOK rəsmisi Ağacan Abiyev deyib: “2015-ci ildə Azərbaycanda Avropa Oyunları keçirilərkən biz öz standartlarımızı dünyaya təqdim etdik. Ölkəmizdə keçirilən İslam Həmrəyliyi oyunları tarixində ilk dəfə rekord sayda ölkəni iştirakçı kimi qəbul etmişik”.

“Bu oyunların keçirilməsi ilə Azərbaycan dünyanın aparıcı ölkələrindən birinə çevrildiyini bir daha göstərdi. İslam Oyunlarında birinci olmağımız təsadüfi deyildi. Avropa oyunlarında da Azərbaycan islam ölkələri arasında birinci olmuşdu. Bu yarışlarda qazanılan birincilik də göstərdi ki, Azərbaycanda dövlət tərəfindən idmana göstərilən qayğı öz bəhrəsini verir” – deyə o bildirib.

Əsas mövzular