11:49 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Politoloq İlqar Vəlizadə
© Sputnik / Murad Orujov

G20 sammiti dünyaya nə verəcək

RADİO
Qısa URL
76 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, real vəziyyət o qədər mürəkkəbdir ki, bir sammitlə kifayətlənməyi mümkünsüz edir

Hamburqda böyük "İyirmilik" ölkələri liderlərinin iki günlük sammitinin açılışı olacaq. Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Almaniyada başlayacaq G20 sammiti əhəmiyyətli hadisədir: “Sammitin belə bir mürəkkəb vəziyyətdə keçirilməsi onun əhəmiyyətini artırır. Hal-hazırda Yaxşın Şərqdə, Koreya yarımadasında, Ukrayna ətrafında destruktiv proseslər gedir. Hazırki vəziyyətdə dünyanın 20 böyük ölkəsinin görüşməsi bu proseslərin müsbət nəticələnməsinə səbəb ola bilər”.

“Vəziyyət indi nikbin deyil. Real vəziyyət o qədər mürəkkəbdir ki, təkcə bir sammitlə kifayətlənmək olmaz. Eyni zamanda sammitin digər məqsədi iqtisadiyyatlar arasındakı ziddiyyəti minimuma endirməkdir. Ola bilər ki, bu sahədə hansısa konkret qərarlar qəbul edilsin” – deyə o bildirib. 

Əsas mövzular