İlqar Vəlizadə: “Ola bilər ki, sammitdə iqtisadi ziddiyyətlərin aradan qaldırılması üçün konkret qərarlar qəbul edilsin”
Hamburqda böyük "İyirmilik" ölkələri liderlərinin iki günlük sammitinin açılışı olacaq. Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Almaniyada başlayacaq G20 sammiti əhəmiyyətli hadisədir: “Sammitin belə bir mürəkkəb vəziyyətdə keçirilməsi onun əhəmiyyətini artırır. Hal-hazırda Yaxşın Şərqdə, Koreya yarımadasında, Ukrayna ətrafında destruktiv proseslər gedir. Hazırki vəziyyətdə dünyanın 20 böyük ölkəsinin görüşməsi bu proseslərin müsbət nəticələnməsinə səbəb ola bilər”.
“Vəziyyət indi nikbin deyil. Real vəziyyət o qədər mürəkkəbdir ki, təkcə bir sammitlə kifayətlənmək olmaz. Eyni zamanda sammitin digər məqsədi iqtisadiyyatlar arasındakı ziddiyyəti minimuma endirməkdir. Ola bilər ki, bu sahədə hansısa konkret qərarlar qəbul edilsin” – deyə o bildirib.