02:59 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630

Firdovsi Umudov: “Toğrul Əsgərov heç yerə getmir”

RADİO
Qısa URL
74 0 0

Azərbaycan Güləş Federasiyasının baş məşqçisi Firdovsi Umudov deyir ki, Toğrul Əsgərov hazırda ciddi həkim nəzarəti altındadır

Firdovsi Umudov: “Bizim idmançıları xarici ölkələrə çıxış etmək üçün dəfələrlə dəvət ediblər”
Son günlər güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovun Azərbaycan millisini tərk edəcəyi barədə yayılan məlumatlara Azərbaycan Güləş Federasiyasının baş məşqçisi Firdovsi Umudov aydınlıq gətirib. Firdovsi Umudov Sputnik Azərbaycan-a deyir ki, yayılan məlumatlar dezinformasiyadan başqa bir şey deyil: "Toğrul elə idmançı deyil ki, Azərbaycanı nəyəsə görə başqa ölkəyə dəyişsin. Fəxri qonaq kimi təbii ki, onu yarışlara dəvət edə bilərlər. Bu, o demək deyil ki, hər xarici yarışa fəxri qonaq kimi gedən idmançı ölkəni tərk etməlidir. Toğrul Azərbaycan bayrağı altında güləşib, qalib gəlməyi özünə fəxr bilir".

“Hal-hazırda Toğrul Əsgərov məşq etmir. Onun sağlamlığında problem var. Rio Olimpiadasından qayıdandan sonra idmançının boyun nahiyəsində – onurğa sütunu fəqərəsində ciddi zədə yarandı. O, bu zədə ilə məşq edə bilməzdi. İdmançı ciddi həkim nəzarəti altındadır. Zədə sinirə yaxın olduğu üçün əməliyyat çox təhlükəlidir. Əməliyyat zamanı sinirə toxunularsa, Toğrul ömürlük şikəst ola bilər" — deyə o bildirib.

Əsas mövzular