Aydın Əliyev: “Artıq gömrük orqanlarında 11 növ elektron xidmət həyata keçirilir”
Artıq gömrük orqanlarında 11 növ elektron xidmət həyata keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib: “Biz müasir üsullardan istifadə etməyə başlamışıq. Gömrük orqanlarının təşəbbüsü ilə daxili istehsalın stimullaşdırılması ilə bağlı tarif dərəcələrinin tətbiqinə fərqli yaxınlaşdıq. Bu da özlüyündə daxili bazarın stimullaşdırılmasına gətirib çıxarır”.
“Dövlət pul ayırır ki, istər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, istərsə də Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Azərbaycana tinglər gətirilsin, ağac əkilsin. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bəzi dırnaqarası iş adamları həyət-həyət gəzərək qiymətli ağacları kəsdirib, cüzi qiymətə Azərbaycanın ixracını təşkil ediblər” – deyə o bildirib.
Fərmanla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası (bundan sonra – Müşahidə Şurası) yaradılır.
"Əvvəlki müsabiqələrdə yazının müəllifi bəlli olduğundan həmişə ən yüksək yerləri tanış-bilişə verirdilər", - deyir yazar. Bu dəfə isə yazılarda müəllifin adı qeyd olunmadığından, onu rahat şəkildə müsabiqə təqdim edib.