Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aydın Əliyev: “Bəzi “iş adamları” həyət-həyət gəzərək qiymətli ağacları kəsirlər”

© day.azAydın Əliyev, gömrük komitəsinin sədri
Aydın Əliyev, gömrük komitəsinin sədri - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyir ki, müasir üsullardan istifadə etməyə başlamışıq

Aydın Əliyev: “Artıq gömrük orqanlarında 11 növ elektron xidmət həyata keçirilir”
Artıq gömrük orqanlarında 11 növ elektron xidmət həyata keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib: “Biz müasir üsullardan istifadə etməyə başlamışıq. Gömrük orqanlarının təşəbbüsü ilə daxili istehsalın stimullaşdırılması ilə bağlı tarif dərəcələrinin tətbiqinə fərqli yaxınlaşdıq. Bu da özlüyündə daxili bazarın stimullaşdırılmasına gətirib çıxarır”.

“Dövlət pul ayırır ki, istər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, istərsə də Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Azərbaycana tinglər gətirilsin, ağac əkilsin. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bəzi dırnaqarası iş adamları həyət-həyət gəzərək qiymətli ağacları kəsdirib, cüzi qiymətə Azərbaycanın ixracını təşkil ediblər” – deyə o bildirib.

Xəbər lenti
0