Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yolda çox şey piyada mədəniyyətindən asılıdır

© Sputnik / Murad OrujovBakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayev deyir ki, piyadaları maarifləndirmək üçün çoxşaxəli işlər görülür

Mais Ağayev: “Agentlik tərəfindən artıq avtobusların harada gəldi dayanmasının qarşısı alınıb”
"Bəzi qurumlar özbaşına piyada keçidləri və ya hansısa zolaqlar çəkirlər, bu da tıxaclara səbəb olur”. Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli deyib.

BNA-nın İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev Sputnik Azərbaycan-a deyir ki, piyadaların piyada keçidindən istifadə etməməsi onların düzgün qurulmaması ilə əlaqədar deyil: “Bu piyadaların yol hərəkəti qaydalarına əməl etməsindən və sırf piyada mədəniyyətindən asılıdır. Son vaxtlar aparılan maarifləndirmə işləri nəticəsində bu sahədə müsbət irəliləyiş əldə olunub”.

“Artıq BNA tərəfindən avtobusların harada gəldi dayanmasının qarşısı alınıb. Agentliyin təşəbbüsü ilə müxtəlif küçələrdə yollara dəmir məhəccərlər quraşdırılıb ki, bu da piyadaların necə gəldi yola keçməsinin qarşısını alır. Maarifləndirmə işlərimiz çoxşaxəlidir. Məktəb yaşlı uşaqlar üçün də maarifləndirmə işləri aparırıq. Bu yaxında onlar üçün kitabçamız çapdan çıxacaq. Kitabçada uşaqların dili ilə yol hərəkəti qaydalarına əməl edilməsi izah olunur”.

Xəbər lenti
0