BNA-nın İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev Sputnik Azərbaycan-a deyir ki, piyadaların piyada keçidindən istifadə etməməsi onların düzgün qurulmaması ilə əlaqədar deyil: “Bu piyadaların yol hərəkəti qaydalarına əməl etməsindən və sırf piyada mədəniyyətindən asılıdır. Son vaxtlar aparılan maarifləndirmə işləri nəticəsində bu sahədə müsbət irəliləyiş əldə olunub”.
“Artıq BNA tərəfindən avtobusların harada gəldi dayanmasının qarşısı alınıb. Agentliyin təşəbbüsü ilə müxtəlif küçələrdə yollara dəmir məhəccərlər quraşdırılıb ki, bu da piyadaların necə gəldi yola keçməsinin qarşısını alır. Maarifləndirmə işlərimiz çoxşaxəlidir. Məktəb yaşlı uşaqlar üçün də maarifləndirmə işləri aparırıq. Bu yaxında onlar üçün kitabçamız çapdan çıxacaq. Kitabçada uşaqların dili ilə yol hərəkəti qaydalarına əməl edilməsi izah olunur”.