04:09 23 İyun 2017
Canlı yayım
Глава Центра регионального развития АР Чингиз Исмаилов в Мультимедийном пресс-центре Sputnik Азербайджан
© Sputnik / Murad Orujov

Professor: Məhdud maliyyə imkanları şəraitində yeni strukturlar yaratmaq lazım deyil

RADİO
Qısa URL
123 0 0

Çingiz İsmayılov: Hər nazirlik öz sektoru üzrə cavabdeh olmalıdır

BAKI, 6 yan — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik akademiyasının dekanı, professor Çingiz İsmayılov deyir ki, kiçik və orta biznes üçün mərkəzləşdirilmiş agentliyin yaradılmasına xüsusi ehtiyac yoxdur. Çünki müvafiq nazirliklər mövcuddur.

“Məhdud maliyyə imkanları şəraitində yeni strukturlar yaratmaq və onlara pul ayırmaq düzgün deyil. Strateji yol xəritəsinin icrası üçün nazirliklər məsuliyyət daşıyırlar. Məsələn, turizmlə bağlı yol xəritəsi var və onun icrasına Mədəniyyət və Turizm nazirliyi nəzarət etməlidir. Hər nazirlik öz sektoru üzrə cavabdeh olmalıdır. Yol xəritələri hazırlanarkən onların hamısı iştirak ediblər. Sadəcə nazirliklər çərçivəsində yol xəritələrinin icrasına məsul olacaq şöbələr yaratmaq lazımdır”, — deyə o bildirib.

Əsas mövzular