11:14 22 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Media işçisi

SputnikPro: çap KİV-ləri üçün master-klasslar keçiləcək

© Sputnik / Murad Orujov
Mətbuat mərkəzi
Qısa URL
26 0 0

Çap KİV-lərinin nümayəndələri Rusiya mediabiznesinin peşəkarlarının uğurlu onlayn-resurs qurmaq sahəsindəki təcrübəsi ilə tanış olacaqlar

BAKI, 27 fevral — Sputnik. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Bakıda SputnikPro təhsil proqramının növbəti mərhələsinə start verəcək.

Fevralın 28-də və martın 1-də Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində SputnikPro layihəsi çərçivəsində çap KİV-nin nümayəndələri üçün silsilə master-klasslar keçiriləcək.

Kağızla işləyən kütləvi informasiya vasitələrinin əməkdaşları bu master-klasslarda onlayn yayıma keçidin faydaları, rəqəmsal islahatın xüsusiyyətləri, internet məkanında informasiyaların verilməsi, saytın anatomiyası haqqında, web-texnologiyalarla iş, internet resurslarının müvəffəqiyyətinin ölçülməsi üçün vasitələr haqqında ətraflı məlumat əldə edəcəklər.

Master-klassları Rusiya mediabiznesinin aparıcı peşəkarları - "Rossiya seqodnya" BİA-nın baş redaktorunun müavini Natayla Loseva, mediaqrupun analitiki İqor Tuquşev və "Rossiya seqodnya"nın internet texnologiyaları mərkəzinin rəhbəri Aleksey Filippovski aparacaq.

Çap KİV-lərinin nümayəndələri SputnikPro proqramında iştirak üçün ərizə verə bilərlər. Master-klasslarda iştirak pulsuzdur. Qeydiyyat və əlavə informasiya üçün media@sputnik.az ünvanına müraciət edin.

SputnikPro - jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri ilə öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir. SputnikPro layihəsi 2018-ci ilin yazında Minskdə start götürüb və media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Əsas mövzular