BAKI, 27 fevral — Sputnik. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Bakıda SputnikPro təhsil proqramının növbəti mərhələsinə start verəcək.
Fevralın 28-də və martın 1-də Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində SputnikPro layihəsi çərçivəsində çap KİV-nin nümayəndələri üçün silsilə master-klasslar keçiriləcək.
Kağızla işləyən kütləvi informasiya vasitələrinin əməkdaşları bu master-klasslarda onlayn yayıma keçidin faydaları, rəqəmsal islahatın xüsusiyyətləri, internet məkanında informasiyaların verilməsi, saytın anatomiyası haqqında, web-texnologiyalarla iş, internet resurslarının müvəffəqiyyətinin ölçülməsi üçün vasitələr haqqında ətraflı məlumat əldə edəcəklər.
Master-klassları Rusiya mediabiznesinin aparıcı peşəkarları - "Rossiya seqodnya" BİA-nın baş redaktorunun müavini Natayla Loseva, mediaqrupun analitiki İqor Tuquşev və "Rossiya seqodnya"nın internet texnologiyaları mərkəzinin rəhbəri Aleksey Filippovski aparacaq.
Çap KİV-lərinin nümayəndələri SputnikPro proqramında iştirak üçün ərizə verə bilərlər. Master-klasslarda iştirak pulsuzdur. Qeydiyyat və əlavə informasiya üçün media@sputnik.az ünvanına müraciət edin.
SputnikPro - jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri ilə öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir. SputnikPro layihəsi 2018-ci ilin yazında Minskdə start götürüb və media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.