https://sputnik.az/20210923/XN-rhbri-Krfz-rb-Dvltlrinin-mkdalq-urasnn-Ba-katibi-il-grb-428000901.html
XİN rəhbəri Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
XİN rəhbəri Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Sputnik Azərbaycan
Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes forumunun bu əməkdaşlığın iqtisadiyyat, ticarət, sərmayələr və turizm kimi... 23.09.2021, Sputnik Azərbaycan
2021-09-23T22:24+0400
2021-09-23T22:24+0400
2021-11-17T00:05+0400
xəbərlər
cəmiyyət
siyasət
xin
ceyhun bayramov
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40379/95/403799516_0:187:1800:1200_1920x0_80_0_0_eeedff85155d42a4302108f7ae7c5d03.jpg
BAKI, 23 sentyabr - Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 23-də BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Nayif Fəlah Mübarək Əl-Hacraf ilə görüşüb.XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Azərbaycan və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə oldugu, qarşılıqlı hörmət və dostluğa əsaslandığı qeyd edilib.Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes forumunun bu əməkdaşlığın iqtisadiyyat, ticarət, sərmayələr və turizm kimi sahələrdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradacağından əminlik ifadə edilib.Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində birgə layihələrdə iştirakında maraqlı olduğu yüksək qiymətləndirilib.Baş katib Azərbaycanın keçmiş münaqişə ile bağlı mövqeyinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman birmənalı və tam şəkildə dəstəkləndiyini qeyd edib.Tərəflər, Azərbaycanla Şura arasında əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən birgə 2021-2025-ci illər üzrə Fəaliyyət Planının işlənib hazırlanması, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.Həmçinin oxuyun:Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri ilə görüşübCeyhun Bayramov ATƏT sədri və Macarıstan XİN başçısı ilə görüşdə nədən danışıb?Ceyhun Bayramov ATƏT sədri və Macarıstan XİN başçısı ilə görüşdə nədən danışıb?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40379/95/403799516_101:0:1701:1200_1920x0_80_0_0_8bde9d4e10a70f04b687597f6eabdc2f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, xin, ceyhun bayramov, azərbaycan
xəbərlər, xin, ceyhun bayramov, azərbaycan
XİN rəhbəri Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
22:24 23.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes forumunun bu əməkdaşlığın iqtisadiyyat, ticarət, sərmayələr və turizm kimi sahələrdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradacağından əminlik ifadə edilib.
BAKI, 23 sentyabr - Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 23-də BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Nayif Fəlah Mübarək Əl-Hacraf ilə görüşüb.
XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Azərbaycan və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə oldugu, qarşılıqlı hörmət və dostluğa əsaslandığı qeyd edilib.
Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes forumunun bu əməkdaşlığın iqtisadiyyat, ticarət, sərmayələr və turizm kimi sahələrdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradacağından əminlik ifadə edilib.
Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində birgə layihələrdə iştirakında maraqlı olduğu yüksək qiymətləndirilib.
Baş katib Azərbaycanın keçmiş münaqişə ile bağlı mövqeyinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman birmənalı və tam şəkildə dəstəkləndiyini qeyd edib.
Tərəflər, Azərbaycanla Şura arasında əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən birgə 2021-2025-ci illər üzrə Fəaliyyət Planının işlənib hazırlanması, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.