Ceyhun Bayramov ATƏT sədri və Macarıstan XİN başçısı ilə görüşdə nədən danışıb?

© AR Ministry of Foreign Affairs Görüş
Görüş - Sputnik Azərbaycan, 1920, 23.09.2021
Abunə olmaq
Nazir Ceyhun Bayramov bölgədə olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd davranış və digər məsələlər barədə həmkarına məlumat verib.
BAKI, 23 sentyabr — Sputnik. BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğu qeyd edilib.
Nazir Ceyhun Bayramov bölgədə olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd davranış və digər məsələlər barədə həmkarına məlumat verib. Eyni zamanda, münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsi ətrafinda fikir mübadiləsi aparılıb.
Nazirlər, Azərbaycanın ATƏT ilə əməkdaşlığı məsələləri, habelə ATƏT-in Nazirlər Şurasının toplantısına hazırlıq məsələlərini müzakirə ediblər. Görüş zamanı tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıblar. Bundan əlavə, BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstan xarici işlər naziri Peter Siyarto ilə görüşüb.
© AR Ministry of Foreign Affairs Azərbaycan Xarici işlər naziri nazir Ceyhun Bayramov və Macarıstan xarici işlər naziri Peter Siyarto sənəd imzalayırlar
Görüş - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Azərbaycan Xarici işlər naziri nazir Ceyhun Bayramov və Macarıstan xarici işlər naziri Peter Siyarto sənəd imzalayırlar
Görüşün əvvəlində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Macarıstanın Milli Arxivi arasinda "Arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.
Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub, Azərbaycan və macar xalqları arasında münasibətlərin tarixi köklərə əsaslandığı vurğulanıb. Görüşdə, həmçinin iki ölkə arasında nəqliyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış yeni əməkdaşlıq imkanları, habelə azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa işləri barəsində ətraflı məlumat verib. Macarıstan tərəfi münaqişənin təsirinə məruz qalan ərazilərin bərpası və quruculuğu prosesində iştirakda maraqli oldugunu ifadə edib. Peter Siyarto Macarıstana dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verildiyini və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib.
Macarıstanla Azərbaycan arasında enerji sahəsində də geniş əməkdaşlıqdan danışan nazir qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır və Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır.
Görüşdə iki ölkə arasındakı münasibətlərin bundan sonrakı inkişafı, habelə tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.
Həmçinin oxuyun:
* Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşdü
Xəbər lenti
0