https://sputnik.az/20210916/Bayramov-Xankndiy-qanunsuz-sfr-edn-fransal-deputatlardan-narazln-bildirdi-427939777.html
Bayramov Xankəndiyə qanunsuz səfər edən fransalı deputatlardan narazılığını bildirdi
Bayramov Xankəndiyə qanunsuz səfər edən fransalı deputatlardan narazılığını bildirdi
Sputnik Azərbaycan
Nazir Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri məsələsinə diqqəti yönəldərək, bu kimi addımların bölgədə hazırda... 16.09.2021, Sputnik Azərbaycan
2021-09-16T18:08+0400
2021-09-16T18:08+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
siyasət
qarabağ
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427939742_0:246:2464:1640_1920x0_80_0_0_531f0bf153fa9dbc92fbac5ba5ac9b4b.jpg
BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Görüş zamanı tərəflər cari regional təhlükəsizlik vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər mövzular ətrafında müzakirələr aparıblar.Tərəflər, həmçinin Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi həyata keçirib və əməkdaşlığın inkişafı üçün mövcud potensialı qeyd edərək bu xüsusda qarşılıqlı marağı ifadə ediblər.Nazir Ceyhun Bayramov Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri məsələsinə diqqəti yönəldərək, bu kimi addımların bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.Eləcə də oxuyun:Fransalı merin də adı "qara siyahıya" salınacaq: Azərbaycan XİN xəbərdarlıq etdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427939742_0:92:2464:1640_1920x0_80_0_0_13d5d412c3b70585ac8274a7b2c6db08.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Bayramov Xankəndiyə qanunsuz səfər edən fransalı deputatlardan narazılığını bildirdi
18:08 16.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Nazir Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri məsələsinə diqqəti yönəldərək, bu kimi addımların bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə
Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı tərəflər cari regional təhlükəsizlik vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər mövzular ətrafında müzakirələr aparıblar.
Tərəflər, həmçinin Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi həyata keçirib və əməkdaşlığın inkişafı üçün mövcud potensialı qeyd edərək bu xüsusda qarşılıqlı marağı ifadə ediblər.
Nazir Ceyhun Bayramov Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri məsələsinə diqqəti yönəldərək, bu kimi addımların bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.