CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayramov Xankəndiyə qanunsuz səfər edən fransalı deputatlardan narazılığını bildirdi

© AR Ministry of Foreign Affairs Ceyhun Bayramovun Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin Direktoru Frederik Mondoloninin rəhbərliyi altında nümayəndə heyəti ilə görüşü
Ceyhun Bayramovun Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin Direktoru Frederik Mondoloninin rəhbərliyi altında nümayəndə heyəti ilə görüşü - Sputnik Azərbaycan, 1920, 16.09.2021
Abunə olmaq
Nazir Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri məsələsinə diqqəti yönəldərək, bu kimi addımların bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı tərəflər cari regional təhlükəsizlik vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər mövzular ətrafında müzakirələr aparıblar.
Tərəflər, həmçinin Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi həyata keçirib və əməkdaşlığın inkişafı üçün mövcud potensialı qeyd edərək bu xüsusda qarşılıqlı marağı ifadə ediblər.
Nazir Ceyhun Bayramov Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri məsələsinə diqqəti yönəldərək, bu kimi addımların bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Eləcə də oxuyun:
Fransalı merin də adı "qara siyahıya" salınacaq: Azərbaycan XİN xəbərdarlıq etdi
Xəbər lenti
0