SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov fransız diplomatlarla sərhəddəki vəziyyəti müzakirə etdi

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidВизит главы МИД РФ С. Лаврова в Азербайджан. День второй
Визит главы МИД РФ С. Лаврова в Азербайджан. День второй - Sputnik Azərbaycan, 1920, 22.07.2021
Abunə olmaq
Bölgədəki cari vəziyyət, xüsusilə də post-münaqişə mərhələsi barədə qarşı tərəfə ətraflı məlumat verən nazir, Milli Assambleya üzvlərinin çoxsaylı suallarını cavablandırıb.

BAKI, 22 iyul - Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov cümə axşamı, iyulun 22-də Fransa Milli Assambleyasının ölkəmizdə səfərdə olan üzvləri ilə görüşüb.

Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlıumata görə, Ceyhun Bayramov qonaqları salamlayıb və həyata keçirilən səfərin bölgədəki vəziyyətlə bağlı dolğun məlumatın əldə edilməsi ilə yanaşı, ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verə biləcəyini qeyd edib.

Bölgədəki cari vəziyyət, xüsusilə də post-münaqişə mərhələsi barədə qarşı tərəfə ətraflı məlumat verən nazir, Milli Assambleya üzvlərinin çoxsaylı suallarını cavablandırıb.

Nazir Ceyhun Bayramov Azərbaycan-Fransa münasibətlərinin cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı vəziyyət və bu xüsusda Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etdiyi təqdirdə, Ermənistan rəsmi dairələri tərəfindən səsləndirilən revanşist bəyanatlar, habelə sərhəd gərginliyi, delimitasiya və demarkasiya prosesinə başlamaqla bağlı Azərbaycanın mövqeyi, bölgədə insan həyatına başlıca təhdid olan mina məsələsi, azad olunmuş ərazilərin bərpası prosesi və bu prosesdə iştirak edən xarici şirkətlər barəsində qarşı tərəfə məlumat verib.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıb.

Sərhəddə gərginlik

Müntəzəm olaraq iki ölkənin sərhədində insidentlər baş verir. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.

Bundan sonra Ermənistan ordusunun bölmələri dəfələrlə Azərbaycanın sərhəd boyu yerləşən mövqelərini, eləcə də Qarabağdakı mövqelərimizi atəşə tutub.

Son günlər belə təxribatlar daha da intensivləşib. İyulun 19-u ərzində üç dəfə Naxçıvan ərazisi 

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif çaplı silahlardan atəşə tutulub, bir əsgərimiz yaralanıb.

Eləcə də oxuyun:

Xəbər lenti
0