CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zakir Həsənov: Sərhəddə gərginliyin artmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidXələflildə sərhəd zastavası
Xələflildə sərhəd zastavası - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Abunə olmaq
Zakir Həsənov İtaliyanın Azərbaycandakı səfiri ilə hər iki ölkənin orduları arasında, eləcə də NATO proqramları çərçivəsində hərbi sahədə əməkdaşlığın mövcud vəziyyətini müzakirə edib.

BAKI, 16 iyul - Sputnik. Azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədində son vaxtlar gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşündə bildirib.

© AR Ministry of DefenceAzərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov və İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri görüş zamanı
Zakir Həsənov: Sərhəddə gərginliyin artmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov və İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri görüş zamanı

Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən diplomat Azərbaycan-İtaliya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə hər iki ölkənin orduları arasında, eləcə də NATO proqramları çərçivəsində hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Sərhəddə və işğaldan azad edilmiş ərazilərdə gərginlik
Xatırladaq ki, müntəzəm olaraq iki ölkənin sərhədindən təlaşlı xəbərlər alırıq. Bu il mayın 12-dən etibarən  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.

Həmin vaxtdan müntəzəm olaraq Naxçıvan, Kəlbəcər, Şuşa, Ağdam, Tovuz və Şuşada yerləşən mövqelərimiz Ermənistan Ordusunun bölmələri və Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri tərəfinfən atəşə tutulur.  

Eləcə də oxuyun: 

 

Xəbər lenti
0