17:50 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
SİYASƏT
Qısa URL
3279 0 0

Azərbaycan, Ermənistan və Gürcüstan üç böyük güclə: Rusiya, İran və Türkiyə ilə sərhəddə yerləşir. Müəllif bildirir ki, Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişə regionlararası ticarətə və iqtisadi inteqrasiyaya mənfi təsir edib.

BAKI, 29 iyun — Sputnik. Türkiyə və Rusiya artıq Cənubi Qafqazda siyasi və hərbi varlıq yaratmaq prosesinə başlayıblar. Sputnik Azərbaycan xəbər verir ki, bunu BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyev ABŞ-ın "The National Interest" saytında "Cənubi Qafqazda regional inteqrasiya sülh üçün vacibdir" başlıqlı məqaləsində yazıb.

Şahmar Hacıyev bildirib ki, Cənubi Qafqaz regionu strateji coğrafi mövqeyə malikdir. Belə ki, Azərbaycan, Ermənistan və Gürcüstan üç böyük güclə: Rusiya, İran və Türkiyə ilə sərhəddə yerləşir. Müəllif bildirir ki, Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişə regionlararası ticarətə və iqtisadi inteqrasiyaya mənfi təsir edib. Lakin Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi bölgənin geosiyasi mənzərəsini dəyişdirib.

Bildirilir ki, Azərbaycan bütün dövlətlərlə əməkdaşlığı genişləndirmək niyyətindədir: "Türkiyə və Rusiya artıq Cənubi Qafqazda siyasi və hərbi varlıq yaratmaq prosesinə başlayıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Qarabağa səfəri və Şuşa Bəyannaməsinin imzalanması ikitərəfli münasibətlərə yeni təkan verəcək. Şuşa Bəyannaməsinin iki dövlət arasında hərbi əlaqələrin dərinləşdirilməsini nəzərdə tutduğu xüsusilə vurğulanmalıdır".

Müəllif əlavə edir ki, Cənubi Qafqazdakı, xüsusən də İkinci Qarabağ müharibəsindən sonrakı inkişafları nəzərə alaraq, ABŞ-ın bölgədəki konstruktiv iştirakı da sülh səylərini və iqtisadi inteqrasiyanı dəstəkləmək üçün əhəmiyyətli olacaq. Bildirilir ki, ötən illər ərzində ABŞ-ın regiona dair siyasəti əsasən Xəzərin enerji ehtiyatlarını qlobal enerji bazarlarına ixrac etmək kimi enerji məsələləri ilə bağlı olub:

"Hazırda rəsmi Vaşinqtonun regionda sabitlik və regional iqtisadi əməkdaşlığın təmin olunmasında daha fəal rol oynaması üçün böyük bir fürsət var. Məsələn, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması Cənubi Qafqaz dövlətləri arasında regional dialoq, əməkdaşlıq və tərəfdaşlığı artırmaq üçün bir platformaya dəstək ola bilər. ABŞ bölgədə regional iqtisadi inteqrasiyaya töhfə verəcək Zəngəzur dəhlizinin açılmasına dəstək verməlidir. ABŞ artıq iqtisadi və enerji əlaqələrini və ticarəti artırmaq məqsədilə Mərkəzi Asiyada C5 + 1 adlı bir platforma yaradıb".

Müəllif qeyd edir ki, ABŞ ilə Türkiyə arasındakı bölgədəki əməkdaşlıq gələcək sülh və sabitliyə əhəmiyyətli dərəcədə kömək edə bilər. Vurğulanır ki, Türkiyə-Azərbaycan tərəfdaşlığı bölgədəki bütün tərəflərin maraqlarına cavab verən nəhəng enerji layihələrini həyata keçirməyə imkan yaradıb və Vaşinqton Avropanın enerji təhlükəsizliyinə töhfə verən Cənub Qaz Dəhlizi layihəsini hər zaman dəstəkləyib. "Rəsmi Vaşinqton həm Cənubi Qafqazda, həm də Orta Asiyada mövqelərini gücləndirmək istəyirsə, sürətlə hərəkət etməli və daha praqmatik xarici siyasət tətbiq etməlidir", - deyə müəllif əlavə edir.

Həmçinin oxuyun: 

* Revanş olmayacaq: ermənilər Azərbaycanla sülh yolunu seçdilər

Rusiya XİN başçısı Türkiyəyə uçur

* Putin və Ərdoğan Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə ediblər

Əsas mövzular