SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə zəng vurub

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Gürcüstanın Baş nazirini İrakli Qaribaşvili arasında görüş
Prezident İlham Əliyev və Gürcüstanın Baş nazirini İrakli Qaribaşvili arasında görüş - Sputnik Azərbaycan, 1920, 28.06.2021
Abunə olmaq
Dövlətimizin başçısı İrakli Qaribaşvilini ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

BAKI, 28 iyun - Sputnik. İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Dövlətimizin başçısı İrakli Qaribaşvilini ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

İrakli Qaribaşvili göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair məsələlər müzakirə olunub.

Cənubi Qafqazın dost dövlətləri

Azərbaycanla Gürcüstanı çoxəsrlik dostluq və dinc qonşuluq əlaqələri bağlayır. Və bu reallıq hər iki ölkənin hökumətlərinin müxtəlif səviyyələrində aparılan görüşlərdə dəfələrlə vurğulanır. 

İrakli Qaribaşvili bu il mayın 5-də azərbaycanlı həmkarı Əli Əsədovla görüşündə: "Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar. Bu gün isə münasibətlərimiz strateji tərəfdaşlığa çevrilib... Bizim bəxtimiz gətirib ki, Azərbaycan kimi qonşumuz var", - ifadələrini işlədib.

İyunun 25-də Gürcüstan parlamentində çıxışında isə Qaribaşvili Gürcüstanın yenə də Bakı ilə Yerevan arasında vasitəçi rolunu oynamağa hazır olduğunu söyləyib.

O, Azərbycanın Ağdam rayonunun mina xəritələrinin müqabilində Bakının ölkə ərazisində həbs etdiyi 15 ermənini iyunun 12-də Yerevana təhvil verməsi prosesinə rəsmi Tbilisinin qatqıları olduğunu xatırladıb və bu prosesdə mediator rolunu davam etdirməyə tam hazır olduqlarını təsdiqləyib.

Eləcə də oxuyun:

  • Gürcüstan yenə Bakı ilə Yerevan arasında vasitəçi olmağa hazırdır - Qaribaşvili

  • Prezident: Ağdamın mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var

  • Bizim bəxtimiz gətirib ki, Azərbaycan kimi qonşumuz var - Qaribaşvili

Xəbər lenti
0