SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcüstan yenə Bakı ilə Yerevan arasında vasitəçi olmağa hazırdır - Qaribaşvili

© Sputnik / StringerИраклия Гарибашвили, фото из архива
Ираклия Гарибашвили, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
Danışıqlar prosesində Gürcüstanın rolu haqda razılaşma bu ölkənin baş nazirinin may ayında Azərbaycan və Ermənistana səfərlərində əldə edilib.

BAKI, 25 iyun - Sputnik. Gürcüstan yenə də Bakı ilə Yerevan arasında vasitəçi rolunu oynamağa hazırdır. Sputnik Gürcüstan yazır ki, bunu ölkənin Baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı deyib.

Bundan öncə Azərbycanın Ağdam rayonunun mina xəritələrinin müqabilində Bakının ölkə ərazisində həbs etdiyi 15 ermənini iyunun 12-də Yerevana təhvil verməsi prosesinə rəsmi Tbilisinin qatqıları olduğu bildirilmişdi.

"Bu prosesdə mediator rolunu davam etdirməyə tam hazır olduğumuzu təsdiqləyirəm", - Qaribaşvili deyib.

Gürcüstanın Baş naziri vurğulayıb ki, bu, ölkə üçün misilsiz bir rol idi və Azərbaycan və Ermənistan liderlərinə etimada görə təşəkkürünü bildirib.

Qaribaşvili həmçinin qeyd edib ki, Gürcüstanın vasitəçi kimi iştirakı barədə razılıq onun mayda Bakıya və Yerevana səfərləri zamanı əldə edilib.

Ağdamın mina xəritələri hansı şəraitdə verildi

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Bu hadisədən bir neçə gün sonra, iyunun 22-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sabiq xarici işlər naziri Ara Ayvazyanı əsirlərin qaytarılması prosesini əngəlləməkdə, eləcə də mina xəritələrini gizləməkdə ittiham edib. 

"Ayvazyan bizim tərəfdaşlara deyirdi ki, guya minalanmış ərazilərin xəritəsi mövcud deyil, hansıları ki, artıq o, istefa verəndən sonra biz qarşı tərəfə verdik. Ayvazyan istefa verəndən sonra məsələ həll olundu", - deyə o qeyd edib.

Qarabağda mina qurbanları 

Baş Prokurorluğun məlumatına görə, 2020-ci il noyabrın 10-dən bəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeddi hərbçi və 20 mülki şəxs mina düşərək həlak olub, daha 86 hərbçi və 29 mülki şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Eləcə də oxuyun:

  • mina xəritələrinin Azərbaycana verilməsinə çağırıb

  • Minalanmış ərazilərin xəritəsini Ermənistanda kim gizlədirmiş

  • Prezident: Ağdamın mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var

Xəbər lenti
0