22:21 04 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
SİYASƏT
Qısa URL
2732 0 0

Ceyhun Bayramov müsahibəsində Ermənistanla sülh razılaşması barədə suala cavab verərkən Azərbaycanın bunu təklif etdiyini bildirib.

BAKI, 22 iyun — Sputnik. Otuz il ərzində ilk dəfə olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması imkanı yaranıb və Bakı sülh sazişi üzərində işləməyə hazırdır. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "TRT World"ə müsahibəsində  deyib.

“Biz reallığa fokuslanmalıyıq. Reallıq isə belədir: müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq üçün unikal şansı yaranıb", - Azrbaycan XİN rəhbəri deyib. 

O bunu belə izah edib ki, artıq Azərbaycan ərazilərinin işğal faktı aradan qaldırılıb, əks halda başqa bir ölkənin ərazisini zəbt etmiş ölkə ilə sülh haqqında danışmaq olmazdı. 

“Ortada təxminən 30 illik düşmənçilik, işğal, itkilər, müharibənin ağır nəticələri var. Ancaq inanırıq ki, biz gələcəyə baxmalıyıq. Bilirsiniz, bu bizim üçün asan deyil, çünki baş verənlərin hamısı təzədir, yaddaşımızdan silinməyib", - nazir deyib.

O qeyd edib ki, eyni zamanda Azərbaycan lideri münasibətlərin normallaşmasının vacib olduğunu deyib: "Azərbaycan sülh razılaşması üçün Ermənistanla birgə işləməyə hazırdır. Biz elə bunu təklif edirik. Ermənistandan da eyni siyasi iradə və real addımlar gözləyirik”.

Ancaq, nazirin sözlərinə görə, Bakı hələ ki öz təklifinə cavab almayıb.

Vətən müharibəsi 

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.
Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Eləcə də oxuyun:

 

Əsas mövzular