Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Makronun ikibaşlı oyunu – Qərb diplomatiyası saxtakarlıqla məşğuldur

© AP Photo / Thomas SamsonПрезидент Франции Эммануэль Макрон, фото из архива
Президент Франции Эммануэль Макрон, фото из архива  - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
Sözdə də olsa, rəsmi Vaşinqton və Paris müharibədən sonrakı mərhələdə Rusiyanın moderator olmasına etiraz etməyiblər.

Fransa 24 ildən artıqdır ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Azərbaycan və Ermənistan arasındakı münaqişənin həllində vasitəçi dövlət kimi çıxış edir. Ötən il Azərbaycanın zəfəri ilə başa çatan Vətən müharibəsinə qədər bu ölkənin passiv vasitəçilik missiyası müharibədən sonra fərqli atmosferdə davam etdirilir. Fransa dövlətinin post-müharibə dövründə atdığı addımları Azərbaycan tərəfindən qərəzli yanaşma, regionda gedən stabilləşmə prosesini pozucu fəaliyyət kimi qiymətləndirilir.

Sputnik Azərbaycan-ın əməkdaşı Elvin Səlimov yazır ki, Fransa prezidenti gah əməkdaşlıqdan danışır, gah da Ermənistanın hamisi kimi ultimatumlar göndərir. Sputnik Azərbaycan Fransanın post-müharibə dövründə atdığı addımların səbəblərini araşdırıb. Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə və politoloq Tofiq Abbasov fikirlərini bölüşüb.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Fransanın yürütdüyü siyasətdə ziddiyyətlərin olması gün kimi aydındır: “Fransa hələ də öz qəti mövqeyini müəyyən edə bilməyib. Bu ölkə yaxşı dərk edir ki, zaman və ədalət Azərbaycanın tərəfindədir”.

Onun fikrincə, Fransanın bu siyasəti kənardan çox qəribə görünür:

“Fransa prezidentinin seçki öncəsi erməni millətçi dairələrin rəğbətini qazanmaq üçün çıxışları taktiki gedişlərdir. Azərbaycan Fransadan ədalətli və beynəlxalq hüquqa əsaslanan addımlar gözləyir. Bu ziddiyyətli siyasət nə Fransanın, nə də regionun xeyrinədir”.

Politoloq Tofiq Abbasov isə deyib ki, Fransa bu addımları ilə regionda mövcudluğunu sübut etməyə çalışmaqla, həm də bölgədə Rusiyanın mövqelərini zəiflətməyə çalışır: “Cənubi Qafqaz hər zaman Qərb-Rusiya münasibətlərində çox önəmli yer tutub. Bölgədə Minsk qrupunun fəaliyyəti ilə bağlı spekulyasiya və manipulyasiyalar davam etməkdədir. Sözdə də olsa, rəsmi Vaşinqton və Paris müharibədən sonrakı mərhələdə Rusiyanın moderator olmasına etiraz etməyiblər. Amma indi biz görürük ki, Fransa ciddi cəhdlə çalışır ki, burada Rusiyanın mövqeyinə şərik çıxsın.

Politoloq qeyd edib ki, Fransanın bu hərəkətləri həm də proseslərin zərərinə işləyir: “Ermənistan məğlub tərəf olaraq Azərbaycanın və Rusiyanın qərarları ilə razılaşmalıdır. Otuz ildir bölgədə pozulmuş sülh və sabitliyin günahkarı Ermənistan idi. Paşinyan ikibaşlı oyun oynayaraq Rusiyanı aldadır. Bu proseslərin sonunda Ermənistan və ona havadarlıq edən digər ölkələr hər hansı nəticə əldə edə bilməyəcəklər. Çünki onların diplomatiyası burada saxtakarlıqla məşğuldur”.

Həmçinin oxuyun:

* Makrondan Əliyevə məktub: Həmsədr olduğunu yada saldı

* Rəsmi Bakıdan Makrona cavab: Fransanın regiona qayıtması barədə açıqlama anlaşılan deyil

Xəbər lenti
0