13:02 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
SİYASƏT
Qısa URL
3990

Görüş zamanı əsir götürülən erməni hərbçilər məsələsi diqqət mərkəzində olub. Ermənistan tərəfi onların dərhal qaytarılmasını tələb edib.

BAKI, 3 iyun — Sputnik. Rusiya sülhməramlıları kontingentinin rəhbəri Rüstəm Muradov bu gün Ermənistan paytaxtı Yerevana səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Jovohurd" qəzeti məlumat yayıb.

Nəşr vurğulayır ki, ötən gün Muradov Moskvada baş tutan Ermənistan, Azərbaycan və Rusiya nümayəndələrinin görüşündə iştirak edib. Qeyd olunur ki, görüş zamanı əsirlərin geri qaytarılması müzakirə olunub.

"Görüş zamanı əsir götürülən erməni hərbçilər məsələsi diqqət mərkəzində olub. Ermənistan tərəfi onların dərhal qaytarılmasını tələb edib. Danışıqların yekunlarına dair hansı qərarın verildiyi hələlik məlum deyil, lakin ötən günə dair pozitiv məlumatlar olmayıb".

Erməni diversantların Kəlbəcərdə tutulması

Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Eləcə də oxuyun:

Teqlər:
Yerevan, Azərbaycan, sülhməramlılar, Rusiya, Qarabağ, Rüstəm Muradov

Əsas mövzular