SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib - MN

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidАрмянский военнослужащий, фото из архива
Армянский военнослужащий, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Abunə olmaq
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları dövlət sərhədimizi keçib və ərazilərimizdə minalama işlərini aparmağa cəhd göstərib.

BAKI, 27 may - Sputnik. Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, ilkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).
Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Həmçinin oxuyun: 

* Ermənistan Müdafiə Nazirliyi əsir götürülən hərbçilərinin adlarını açıqladı

Ermənistan sərhədyanı ərazilərdə qəsdən gərginliyin artırılması siyasətini həyata keçirir

* Ermənistan tərəfi dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb - MN

* Azərbaycan-Ermənistan sərhədində insidentin səbəbi Rusiya XİN-in gözü ilə

* Paşinyanın bu sözləri aləmi qatacaq: Azərbaycan-Rusiya sərhədində də...

* Zərif Ermənistan-Azərbaycan sərhədi haqda: Qısa zamanda sülh yolu ilə həll etmək lazımdır

Xəbər lenti
0