SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Cavad Zərif İlham Əliyevə: "Tarixi bir rol oynaya bilərsiniz"

Abunə olmaq
İranın Xarici işlər naziri: "İşğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında hər hansı bir rolu oynamağa hazırıq".

BAKI, 25 may - Sputnik. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycanın torpaqlarını azad etməsi ilə bağlı təbriklərini çatdırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iranlı nazir Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün keçirilən görüşdə bildirib.

“Biz Sizin Azərbaycan torpaqlarının azad edilməsində tarixi rol oynadığınıza inanırıq və Sizi təbrik edirik. İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik. Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq”, - deyə Zərif bildirib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

Həmçinin oxuyun:

* İran bölgədə aktivliyini artırır – Cənub qonşumuz konstruktiv mövqeyini qoruyacaqmı?

* Региональное турне Зарифа - что на повестке

* İlham Əliyev: "İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməlidir"

* "Daha da artığını edə bilərik" - Məhəmməd Cavad Zərif

* Cavad Zərifdən sərt addım: İsraili dəstəkləyən ölkəyə səfərini ləğv etdi

* Cavad Zərif general Süleymani və Rusiya haqqında dediklərinə görə üzr istəyib

 

Xəbər lenti
0