19:41 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
32 0 0

Mart ayında Zərif Lilyazla söhbətində İranın Qərblə münasibətlərinin yaxşılaşmasının Moskvanın marağında olmadığını bildirmişdi.

BAKI, 2 may — Sputnik. İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif iranlı iqtisadçı Səid Lilyazla söhbəti zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı general Qasım Süleymani ilə bağlı dediklərinə görə üzr istəyib.

APA-nın məlumatına görə, bu barədə “Mehr” xəbər agentliyi xəbər yayıb.

Qeyd edək ki, bu ilin mart ayında Zərif Lilyazla söhbətində bir il əvvəl İraqda ABŞ-ın hava hücumu nəticəsində həlak olan SEPAH-ın Qüds briqadasının keçmiş komandanı Qasım Süleymani haqqında söylədiyi sərt ifadələr yer alıb. Zərif, həmçinin Rusiyanın nüvə razılaşmasının uğur qazanmasına hər cür maneə yaratdığını deyib. O, İranın Qərblə münasibətlərinin yaxşılaşmasının Moskvanın marağında olmadığını bildirib.

 

Əsas mövzular