19:58 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
SİYASƏT
Qısa URL
16 0 0

VHP 26 sentyabr 1992-ci ildə təsis edilib, 03 noyabr 1992-ci ildə isə rəsmi dövlət qeydiyyatına alınıb. Partiya yarandığı gündən indiyədək Sabir Rüstəmxanlı onun sədri postunu tutur. 

BAKI, 14 fevral - Sputnik. Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) VIII Qurultayı keçirilib.

Sputnik Azərbaycan-a VHP-dən verilən məlumata görə, ölkədəki pandemiya şərtlərinə uyğun olaraq Qurultay onlayn qaydada təşkil edilib.

Qurultayda VHP-nin 76 bölgə və Naxçıvan Muxtar Respublikası təşkilatından 400 nümayəndə iştirak edib.

Tədbirdə partiyanın qurultaylararası dövrdəki fəaliyyəti, ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib, Nizamnamə çərçivəsində təşkilati məsələlərə baxılıb.

Millət vəkili Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib.

Qeyd edək ki, VHP 26 sentyabr 1992-ci ildə təsis edilib, 03 noyabr 1992-ci ildə isə rəsmi dövlət qeydiyyatına alınıb. Partiya yarandığı gündən indiyədək Sabir Rüstəmxanlı onun sədri postunu tutur. 

Teqlər:
millət vəkili Sabir Rüstəmxanlı, Sabir Rüstəmxanlı

Əsas mövzular