BAKI, 14 fevral - Sputnik. Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) VIII Qurultayı keçirilib.
Sputnik Azərbaycan-a VHP-dən verilən məlumata görə, ölkədəki pandemiya şərtlərinə uyğun olaraq Qurultay onlayn qaydada təşkil edilib.
Qurultayda VHP-nin 76 bölgə və Naxçıvan Muxtar Respublikası təşkilatından 400 nümayəndə iştirak edib.
Tədbirdə partiyanın qurultaylararası dövrdəki fəaliyyəti, ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib, Nizamnamə çərçivəsində təşkilati məsələlərə baxılıb.
Millət vəkili Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib.
Qeyd edək ki, VHP 26 sentyabr 1992-ci ildə təsis edilib, 03 noyabr 1992-ci ildə isə rəsmi dövlət qeydiyyatına alınıb. Partiya yarandığı gündən indiyədək Sabir Rüstəmxanlı onun sədri postunu tutur.