SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev xorvatiyalı həmkarına başsağlığı verdi

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Seymur Orucovu Ağstafa, Elçin Rzayevi isə İmişli rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib
Prezident İlham Əliyev Seymur Orucovu Ağstafa, Elçin Rzayevi isə İmişli rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Fəlakət nəticəsində 7 nəfərin həlak olduğu, 20 sakinin yaralandığı bildirilir. Şəhər merinin sözlərinə görə, şəhər yaşanmayacaq vəziyyətə düşüb

BAKI, 30 dekabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçə başsağlığı məktubu ünvanlayıb.

Sputnik Azərbaycan bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident. Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Xorvatiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Qeyd edək ki, dekabrın 29-da Bakı vaxtı ilə saat 15:30 radələrində Xorvatiyada 6,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri ölkənin mərkəzi hissəsindəki Petrina şəhəri olub. Fəlakət nəticəsində 7 nəfərin həlak olduğu, 20 sakinin yaralandığı bildirilir. Şəhər merinin sözlərinə görə, şəhər yaşanmayacaq vəziyyətə düşüb.

Xəbər lenti
0