BAKI, 30 dekabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçə başsağlığı məktubu ünvanlayıb.
Sputnik Azərbaycan bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident. Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Xorvatiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
Qeyd edək ki, dekabrın 29-da Bakı vaxtı ilə saat 15:30 radələrində Xorvatiyada 6,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri ölkənin mərkəzi hissəsindəki Petrina şəhəri olub. Fəlakət nəticəsində 7 nəfərin həlak olduğu, 20 sakinin yaralandığı bildirilir. Şəhər merinin sözlərinə görə, şəhər yaşanmayacaq vəziyyətə düşüb.