Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan XİN Rusiya Prezidentinin müsahibəsinə münasibət bildirdi

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
XİN: Rusiya Prezidentinin müdrikcəsinə qeyd etdiyi kimi, Rusiyanın fəal dəstəyi ilə əldə olunan üçtərəfli bəyanat münasibətlərin uzun müddətə normallaşdırılması üçün yaxşı zəmin yaradır

BAKI, 18 noyabr - Sputnik. "Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti arasından bölgəmizə birbaşa həmsərhəd olan və onunla çoxillik tarixi əlaqələri  olan yeganə ölkədir. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa marağını izah edir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən 17 noyabr 2020-ci il tarixində Rusiya Federasiyası Prezidentinin verdiyi müsahibə ilə əlaqədar KİV-in sualına cavab olaraq bildirilib.

Президент России Владимир Путин - Sputnik Azərbaycan
QARABAĞ
Putin: Beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub

"Müsahibədə, Rusiya dövləti başçısının vasitəçiliyi ilə bu il 9 noyabr tarixli razılaşmanın əldə olunmasında oynadığı mühüm rol haqqında kifayət qədər ətraflı məlumat verilmişdir. Rusiya Prezidentinin şəxsi rolu, bu il 9 Noyabr tarixli üçtərəfli bəyanatı altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geri dönməzliyinə bir zəmanətdir.

Rusiya dövlətinin Prezidentinin üçtərəfli bəyanatın mühüm bir nailiyyəti kimi qan tökülməsinin dayandırılması olduğuna dair qiymətləndirməsini tamamilə bölüşürük. Azərbaycan tərəfi müharibənin ilk dəqiqələrindən bəri beynəlxalq birliyin atəşkəs çağırışlarını həmişə və tamamilə dəstəkləmişdir.

Rusiya dövləti Prezidenti öz müsahibəsində həll prosesi tarixinə də toxunub.

Rusiya Prezidentinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağın, həm də onun ətrafında olan bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözlər xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir.

Rusiya Prezidentinin verdiyi müsahibədə səsləndirilən ölkəmizin işğal olunmuş ərazilərinin Ermənistanın nəzarəti altında olması barədə açıqlaması son dərəcə mühüm xarakter daşıyır. Bu açıqlama erməni tərəfinin dünya ictimaiyyətini aldatmaqla Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimini ön plana gətirmək cəhdlərinin tamamilə uğursuz olduğunu təsdiq edir.

Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Putin: Türkiyəni beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz

Eyni şəkildə, Ermənistan rəhbərliyinin münaqişə çərçivəsinin genişləndirilməsi və münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək cəhdləri əsassız oldu. Rusiya Prezidenti müsahibəsində bir daha açıq və aydın şəkildə heç kimin Ermənistan ərazisinə təcavüz etmədiyini bəyan etdi. Beləliklə, bütün döyüş əməliyyatlarının 1990-cı illərdə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş yalnız ölkəmizin ərazisində baş verdiyi barədə Azərbaycanın mövqeyi təsdiqləndi.

Xüsusilə qeyd olunmalıdır ki, Rusiya Prezidenti Ermənistan tərəfinin cari ilin 9 noyabr tarixli razılaşmaların şərtlərinin yerinə yetirməkdən ehtimal edilən imtinanı "böyük səhv" və hətta "intihar" kimi xarakterizə etdi. Bu qiymətləndirməyə tamamilə şərik oluruq. Rusiya Prezidentinin müdrikcəsinə qeyd etdiyi kimi, Rusiyanın fəal dəstəyi ilə əldə olunan üçtərəfli bəyanat münasibətlərin uzun müddətə normallaşdırılması üçün yaxşı zəmin yaradır", - XİN-in Mətbuat xidməti idarəsindən bildirilib. 

Xəbər lenti
0