QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Putin: Türkiyəni beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПрезидент России Владимир Путин, фото из архива
Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin ABŞ və Fransanın Dağlıq Qarabağdakı nizamlanmada iştirak etməmələrindən inciyə biləcəyi barədə deyilənləri şişirtmə hesab edir.

BAKI, 17 noyabr - Sputnik. Qarabağ məsələsində Türkiyəyə hər hansı bir qiymət vermək olar, ancaq onu beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya 24" telekanalına müsahibəsində deyib.

"Yeri gəlmişkən, Türkiyə əvvəlcə Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun üzvü idi. Odur ki, o, beynəlxalq institutun, beynəlxalq həll mexanizminin içərisində idi", - deyə Putin bildirib. 

O qeyd edib ki, Türkiyə həmsədr olmayıb, həmsədrlər Fransa, Rusiya və ABŞ olub. Buna baxmayaraq, o, bu qrupa daxil idi. Minsk qrupunda ümumilikdə 11 dövlət var.

Президент России Владимир Путин - Sputnik Azərbaycan
QARABAĞ
Putin: Beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub

"Türkiyənin hərəkətlərinə hər hansı qiymət vermək olar, ancaq onu beynəlxalq hüququ pozmaqda günahlandırmaq çətindir. Hər hansı bir zövq qiymətləndirməsi ola bilər, amma buna baxmayaraq, vəziyyət tam olaraq dediyim kimidir", - Rusiya prezidenti qeyd edib. 

Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin ABŞ və Fransanın Dağlıq Qarabağdakı nizamlanmada iştirak etməmələrindən inciyə biləcəyi barədə deyilənləri şişirtmə hesab edir. O, Fransa və ABŞ-ın Qarabağdakı tənzimləməyə dair razılaşmaya dəvət edilmədiklərini söyləyib.

Российские миротворцы и военнослужащие азербайджанской армии рядом с Шушуой - Sputnik Azərbaycan
SİYASƏT
Putin: Qarabağın yekun statusu nizamlanmayıb

O, nizamlama prosesində bu iki ölkənin rolunu qeyd edərkən deyib:

"Fransa və ABŞ-ın roluna gəldikdə, mən onların hər ikisinin - həm Fransanın, həm də ABŞ-ın rolunu yüksək qiymətləndirirəm. Çünki onlar həmişə işin içində olublar, həmişə bu problemi həll etməyin yollarını axtarıblar". 

Putin 2013-cü ildən - Rusiyanın gələcək nizamlama formatının əsaslarını təklif etdiyi vaxtdan bəri həm Fransa, həm də ABŞ-ın Rusiya tərəfinin təklifini dəstəklədiyini və həmrəylik içində çalışdığını bildirib.

"Sual budur ki, üçtərəfli bəyanatımızın, atəşkəsin əsasını təşkil edən yekun sənədin hazırlanmasında tərəfdaşlarımızın hər birinin fikrini ətraflı şəkildə nəzərə almaq mümkün olubmu? Bu, tamamilə texniki xarakterli məsələdir, çünki bu, bizim nizamlama prinsiplərinə dair ümumi mövqeyimizin əsasını sarsıtmır", - deyən Putin əldə edilən bəyanatın tamamilə üçtərəfli  mövqeyə söykəndiyini əlavə edib.

Xəbər lenti
0