Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПрезидент России Владимир Путин
Президент России Владимир Путин - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putin, "Rossiya 24" telekanalına müsahibəsində deyib ki, heç kim, hətta Ermənistan belə Qarabağın müstəqilliyini tanımayıb.

BAKI, 17 noyabr - Sputnik. Hətta Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımadı, bu o deməkdir ki, Azərbaycan öz ərazilərini qaytarmağa çalışdı.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin, "Rossiya 24" telekanalının efirində deyib.

"Heç kim, hətta Ermənistan belə Qarabağın müstəqilliyini tanımadı. Bu, beynəlxalq hüquq baxımından nə deməkdir? Azərbaycan Azərbaycan hesab etdiyi əraziləri geri qaytardı və bütün dünya ictimaiyyəti onu Azərbaycan ərazisi saydı. Bununla əlaqədar olaraq, onun bu məsələdə ona məlum köməkliyi göstərən müttəfiqi seçmək hüququ var idi", - deyə Putin bildirib. 

Putin Azərbaycanın müstəqil suveren dövlət olduğunu və "müttəfiqlərini istədiyi kimi seçmək hüququna sahib olduğunu" vurğulayıb. "Kim ona bu məsələdə etiraz edə bilər", - Rusiya prezidenti deyib. 

Rusiya lideri 19-20 oktyabr tarixlərində Dağlıq Qarabağdakı döyüşlərə son qoyulması üçün praktiki olaraq bir razılaşma əldə edildiyini, o zaman bunun "nəticə vermədiyini" söyləyib.

"Artıq dediyim kimi, ayın 19 və 20-də həm prezident Əliyevlə, həm də baş nazir Paşinyanla bir sıra telefon danışıqları apardım. Ümumiyyətlə, mənə elə gəldi ki, hərbi əməliyyatların dayandırılması barədə az qala razılığa gəlmişik. Ancaq nəticə vermədi, təəssüf ki, alınmadı", - Rusiya prezidenti deyib. 

"Beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub, KTMT müdaxilə edə bilməzdi, çünki heç kim Ermənistana hücum etməyib", - Putin deyib. 

Rusiya Prezidenti hesab edir ki, məsələni həll etmək üçün hələ 2013-cü ildə hazırlanmış təkliflər qəbul olunsaydı, Qarabağdakı müharibənin qarşısını almaq olardı.

"2013-cü ildə, ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiya şərtləri formalaşdırmışdı, xatırladığım qədər, ATƏT-in Minsk qrupununu bütün üzvləri - Rusiya, Fransa və ABŞ bununla razılaşmışdı və dəstəkləmişdi", - Putin deyib.

Rusiya prezidenti həmin təkliflərdə əksini tapan əsas müddəaları xatırladıb - Ermənistanın nəzarətində olan beş rayonun, sonra da iki rayonun qaytarılması, Qarabağla Ermənistanı birləşdirəcək dəhlizin yaradılması, Qarabağın status-kvosunun tanınması, son statusu müəyyənləşməmiş hər iki tərəfdən olan qaçqınların geri qaytarılması. 

"Fikrimcə, bu məsələnin həlli olardı. Təəssüf ki, son qərara bir neçə dəfə yaxınlaşdıq ... Fikrimcə, bacarsaydıq, razılaşma əldə etsəydik, müharibə olmazdı. Buna tam əminəm. ", - Putin əlavə edib. 

Xəbər lenti
0