SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ATƏT PA-nın 60-dan çox üzvü Azərbaycandakı seçkiləri müşahidə edəcək

© Sputnik / Sergey Averin / Mediabanka keçidПервый замглавы СММ ОБСЕ на Украине А. Хуг посетил г. Ясиноватая в Донецкой области
Первый замглавы СММ ОБСЕ на Украине А. Хуг посетил г. Ясиноватая в Донецкой области - Sputnik Azərbaycan
Abunə olmaq
Ukraynalı deputat Artur Gerasimov ATƏT-in fəaliyyətdə olan sədrliyi tərəfindən təşkilatın qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru təyin edilib

BAKI, 3 fevral — Sputnik. ATƏT-in Parlament Assambleyası (ATƏT PA) fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün 60-dan çox müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək.

Sputnik Azərbaycan secki-2020.az saytına istinadla xəbər verir ki, Azərbaycan Hökumətinin dəvəti əsasında göndəriləcək missiya Bakıda və Azərbaycanın bir neçə bölgəsində seçkiləri müşahidə edəcək.

Ukraynalı deputat Artur Gerasimov ATƏT-in fəaliyyətdə olan sədrliyi tərəfindən təşkilatın qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru təyin edilib. ATƏT PA-nın nümayəndə heyətinə isə albaniyalı deputat Elona Hoca-Qjebrea rəhbərlik edəcək.

Xəbər lenti
0