BAKI, 3 fevral — Sputnik. ATƏT-in Parlament Assambleyası (ATƏT PA) fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün 60-dan çox müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək.
Sputnik Azərbaycan secki-2020.az saytına istinadla xəbər verir ki, Azərbaycan Hökumətinin dəvəti əsasında göndəriləcək missiya Bakıda və Azərbaycanın bir neçə bölgəsində seçkiləri müşahidə edəcək.
Ukraynalı deputat Artur Gerasimov ATƏT-in fəaliyyətdə olan sədrliyi tərəfindən təşkilatın qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru təyin edilib. ATƏT PA-nın nümayəndə heyətinə isə albaniyalı deputat Elona Hoca-Qjebrea rəhbərlik edəcək.