04:28 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8782
Rusiya XİN binası

Rəsmi Moskvadan Bakının notasına reaksiya

© Sputnik / Natalya Seliverstova
SİYASƏT
Qısa URL
17 0 0

"Bu nə Rusiya qanunlarına, nə mövcud beynəlxalq razılaşmalara, nə də Dağlıq Qarabağ münaqişəsinin həllindəki Rusiyanın vəzifələrinə ziddir"

BAKI, 8 noyabr — Sputnik. Rəsmi Moskva Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın Rusiyaya səfər etməsi ilə bağlı Bakının narahatlığını əsassız adlandırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) adiçəkilən məsələyə görə Azərbaycanın etiraz notası ilə bağlı yaydığı şərhində deyilir.

"Adıçəkilən şəxslərin bu səfəri həyata keçirilsə belə, sırf şəxsi xarakter daşıyıb. Bu nə Rusiya qanunlarına, nə mövcud beynəlxalq razılaşmalara, nə də Dağlıq Qarabağ münaqişəsinin həllindəki Rusiyanın vəzifələrinə ziddir. Rusiya Federasiyasının rəsmi şəxslərilə hər hansı görüş keçirilməyib”.

Bəyanatda Rusiyanın qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığına görə qanunsuz rejimin “nümayəndələrinin” rəsmi qurumlar tərəfindən suveren dövlətin diplomatik missiyası qismində qeydiyyata alınmadıqları da qeyd olunub.

“Biz öz tərəfimizdən həm ATƏT-in Dağlıq Qarabağ məsələsinə dair Minsk qrupu həmsədrlərindən biri kimi, həm də milli baxımdan Azərbaycan və Ermənistanla münasibətlərimizi nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra da dəstək verəcəyik”, - Rusiya XİN-in şərhində bildirilir.

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan noyabrın 6-da Rusiyaya nota verib.

Əsas mövzular