BAKI, 8 noyabr - Sputnik. "Azərbaycanla Rusiya arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir".
Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə günü ənənəvi brifinq zamanı çıxışında deyib.
Zaxarova bildirib ki, iki ölkəni ümumi tarix, müasirlik və əlbəttə ki, gələcək bağlayır, ona görə də bu münasibətlərin inkişafı gələcəyə istiqamətlənib və böyük perspektivə malikdir.
RF XİN-n rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, Azərbaycan ölkədə rus dilindən istifadənin lazımi səviyyəsini saxlayır.
"Biz Bakının Azərbaycan ərazisində rus dilinin lazımi səviyyədə saxlanılmasına və inkişafına dair gördüyü işlərə hörmət və minnətdarlıqla yanaşırıq", - Zaxarova deyib.