SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rafael Cəbrayılov deputat mandatından məhrum edildi

© REPORTRafael Cəbrayılov, arxiv şəkli
Rafael Cəbrayılov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Seçki Komissiyasının üzvləri Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsinə dair qərar qəbul ediblər

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

İclası zamanı V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun deputat mandatına xitam verilməsi üçün müraciətə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasda Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsinə dair qərar qəbul edilib.

© APARafael Cəbrayılovun deputat vəsiqəsi
Rafael Cəbrayılov deputat mandatından məhrum edildi - Sputnik Azərbaycan
Rafael Cəbrayılovun deputat vəsiqəsi

Qeyd edək ki, borca görə Milli Məclisin deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Parlament məsələyə baxılması üçün MSK-ya müraciət edib.

Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. Onun bir neçə şəxsə borclu olduğu bildirilir.

Xəbər lenti
0