07:10 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
20 0 0

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ünvanladığı məktubunda X. Xələfovun fəaliyyətini yüksək qiymətləndirib

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov 60 illik yubileyi münasibətilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) "Beynəlxalq əməkdaşlığa töhfəyə görə" nişanına layiq görülüb.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsindən məlumat verilib.

Bildirilib ki, mükafatı təqdim etmək məqsədilə XİN-ə gələn Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun məktubunu oxuyaraq, nazir müavini X. Xələfovun çoxşaxəli Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmləndirilməsinə önəmli töhfə verdiyini qeyd edib.

Əsas mövzular