BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov 60 illik yubileyi münasibətilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) "Beynəlxalq əməkdaşlığa töhfəyə görə" nişanına layiq görülüb.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsindən məlumat verilib.
Bildirilib ki, mükafatı təqdim etmək məqsədilə XİN-ə gələn Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun məktubunu oxuyaraq, nazir müavini X. Xələfovun çoxşaxəli Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmləndirilməsinə önəmli töhfə verdiyini qeyd edib.