SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-Rusiya-NATO: Bakıdakı danışıqların özəllikləri

© Facebook / Минобороны РоссииВалерий Герасимов встретился в Баку с Верховным главнокомандующим объединенными вооруженными силами НАТО генералом Тодом Уолтерсом
Валерий Герасимов встретился в Баку с Верховным главнокомандующим объединенными вооруженными силами НАТО генералом Тодом Уолтерсом - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya-NATO danışıqlarının növbəti mərləhəsi Bakıda keçirilib: Təəssüf ki, amerikalı və avropalı tərəfdaşlar bu meydançadan səmərəsiz istifadə edir

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 12 iyul — Sputnik. Azərbaycan, Rusiya və ABŞ-ın (NATO-nun) hərbi liderlərinin Bakıda keçirilən görüşü dünyanın müxtəlif bölgələrində son dərəcə təhlükəli qarşıdurmaların olduğunu, baş verənlərə görə peşəkar məsuliyyətin bölüşdürülməsi zərurətini və Azərbaycanın artan geosiyasi çəkisini əks etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Həmin gün rusiyalı Baş Qərargah rəisi azərbaycanlı həmkarı Nəcməddin Sadıqovla danışıqlar aparıb. Tərəflər beynəlxalq və regional təhlükəsizlik problemlərini, hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Türkiyyə və Nato bayraqları - Sputnik Azərbaycan
NATO rəsmisindən Türkiyəyə xəbərdarlıq: "Potensial nəticələrdən narahatıq"

RF ilə AR arasında hərbi və hərbi-texniki əməkdaşlıq uğurla inkişaf etsə də, Valeri Gerasimovla NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Uoltersin danışıqlarında əsas intriqa qalmaqdadır.

Rusiyanın Müdafiə Nazirliyi ABŞ-Rusiya (de-fakto) gündəmini daha lakonik şəkildə belə ifadə edib: "Hərbi rəislər Avropa və qlobal sahədə təhülkəsizlik, Rusiya-NATO təmas xəttində baş verən münaqişələrin qarşısını almaq üçün mümkün tədbirlər, terrorizmlə mübarizə, İran İslam Respublikası, Əfqanıstan və Suriya Ərəb Respublikasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Gerasimov və Uolters professional əlaqələri davam etdirməkdə maraqlı olduqlarını təsdiqləyiblər.

Kritik turbulentlik

Bakıda generallar Gerasimov və Uolters Rusiya-NATO təmas xəttində baş verən münaqişələrin qarşısının alınması, ekspertlər səviyyəsində dialoqun perspektivləri məsələlərini müzakirə ediblər, Avropada, Əfqanıstanda, Suriyada və bütün dünyada təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar. Belə bir görüşün aktuallığını qiymətləndirməmək çətindir.

Praktiki olaraq, eyni zamanda Qara dənizdəki Rusiya-NATO təmas xəttində yenidən "silkələnmə" baş verdi.

İyulun 10-da Sea Breeze-2019 Amerika-Ukrayna təlimləri zamanı Ukraynanın virtual hərbi-dəniz qüvvələrinin nümayəndələri təxribat vəziyyəti yaratmağa cəhd edərək Rusiyanın patrul gəmisi "Smetlivı"nın qadağan olunmuş əraziyə girərək NATO və mövcud olmayan Ukrayna gəmilərini bombaladığı barədə məlumat verib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı ilə görüşüb - Sputnik Azərbaycan
SİYASƏT
NATO rəsmisi: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

RF-nın Qara dəniz donanması bu informasiyanı təkzib edib. "Smetlivı" patrul gəmisi mümkün anormal vəziyyətlərə və təhdidlərə dərhal cavab vermək üçün Alyans gəmilərinin hərəkətlərinə nəzarət edir. Və bu zaman beynəlxalq hüquq normalarına ciddi şəkildə əməl edir.

Aydındır ki, Kiyevdə Rusiyanın Qara dənizdəki patrul gəmisinin NATO-luları real olaraq atəşə tutmasının nə olduğu barədə dəqiq təsəvvür yoxdur.

Kiyev Amerika raketləri ilə bağlı xam xəyallara düşüb. Əlbəttə ki, Sea Breeze-2019-un keçirilməsi və onun nəticələri, eləcə də Ukraynadakı böhranla bağlı hərbi-siyasi məsuliyyət daha çox Vaşinqton və Brüsselin üzərinə düşür. Bu məsuliyyət bu gün məhdudlaşdırıla bilər.

ABŞ-ın müxtəlif bəhanələrlə qoşunlarını geri çəkmədiyi və müttəfiqlərinin quru qüvvələrini sürükləməyə uğursuz cəhdlər etdiyi Suriyada vəziyyət getdikcə qızışmaqdadır. Amerika ordusu Suriya Ərəb Respublikasının ərazisini tərk etməli, işğalı sona çatdırmalı və on minlərlə Suriyanı əziyyətdən xilas etməlidir. Qeyd edək ki, Suriya və Rusiya bu prosesi sürətləndirmək üçün çox çalışırlar.

Əfqanıstanda müharibə sona çatmadan, amerikalılar İranda yeni bir hərbi qarşıdurma yaratmağa çalışır. Bu günə qədər onları yalnız Yaxın Şərq bölgəsindəki qaçılmaz və dəhşətli itkilər dayandırır. Fars körfəzində səfərbər olan Avropa müttəfiqlərinin əli ilə Tehranla "məşğul olmaq" cəhdləri müşahidə olunur. Bununla belə, İran hərbi münasibətlərdə inadkar olaraq qalır, həmçinin dünya reytinqində hərbi qüdrətinə görə 14-cü yerdədir ("https://www.globalfirepower.com/countries-listing.asp") və yüksək texnologiyalı raket silahlarında xeyli sayıqdır.

Permanent gürcü inqilabının və spontan etirazların fonunda Cənubi Qafqaz ölkələrində əhalinin bioloji çirklənmə təhlükəsi daha konkret hala gəlir, çünki uzun illərdir Tbilisi yaxınlığında ABŞ-ın hərbi bioloji laboratoriyası fəaliyyət göstərir. Bu müəssisənin məhsullarının sabah və ya birisigün kimin əlinə düşəcəyini proqnozlaşdırmaq mümkün deyil. Rusiya lokal "dezinfeksiya" əməliyyatı keçirmək məcburiyyətində qala bilər. Lakin bu vəziyyətə Gürcüstanı istisnasız olaraq amerikalı tərəfdaşları yönəldir.

Зенитно-ракетный комплекс С-400, фото из архива - Sputnik Azərbaycan
Ərdoğan anons etdi: "S-400-lər yüklənir, təyyarə ilə gətiriləcək"

Avropada sülhün mövcudluğu ABŞ-ın qədim B-52 bombardmançılarının uçuşları ilə həqiqətən təhdid edilir. NATO -nun döyüş təyyarələri "təsadüfən" Baltikyanı ölkələr üzərinə havadan havaya mərmilər buraxaraq, Rusiyaya gedə bilər ki (https://sptnkne.ws/mdXN), bunun da müttəfiqlər üçün mənfi nəticələri olar. Bu fonda Şərqi Avropada ABŞ-ın qoşunları, hərbi texnikası və zərbə imkanları (https://sptnkne.ws/49YX) böyüməkdə davam edir.

Dırmıq üzərində rəqs

Azərbaycan ilk dəfə deyil ki, Rusiya və NATO-nun ali hərbi rəhbərliyi arasındakı görüşlərdə fəal iştirak edir. Bakı tərəfdaşları bərabərlik, təhlükəsizlik, məxfiliklə təmin edən, qlobal münaqişələrin aradan qaldırılmasına və gərginliyin qarşısının alınmasına yardım göstərən etibarlı reputasiyaya malikdir. Təəssüf ki, amerikalı və avropalı tərəfdaşlar bu meydançadan səmərəsiz istifadə edirlər.

Cari ildə Azərbaycan paytaxtında Valeri Gerasimov və Kertis Skaparotti (həmçinin NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali baş komandanı) arasında iki dəfə danışıqlar olub. Daha əvvəl isə Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordla görüşüb. Yəqin ki, belə görüşlərin nəticəsində üçüncü dünya müharibəsi təhlükəsi azalır, lakin ümumiyyətlə, Vaşinqtonun (və onun müttəfiqlərinin) təcavüzkar strategiya və konsepsiyaları dəyişmir.

Həm Yaxın Şərqdə baş verən hadisələrdə, həm də Qərbdə hakim olan təsəvvürlərdə hərbi təhlükə mövcuddur. Ən son nümunə: Amerikanın nüfuzlu Bloomberg agentliyi Suriyanın iqtisadi blokadasını və hətta "Rusiya gəmisinin Egey dənizində dayandırılmasını" təmin edir. Əlbəttə ki, beynəlxalq sularda rus gəmisinə edilən hücuma avtomatik olaraq ciddi bir cavab reaksiyası veriləcək. Və təbii ki, Rusiya təkcə Aralıq dənizinə cavab verməyəcək.

Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev Rusiya və NATO komandanları qəbul etdi

Vaşinqton "müharibə büdcə"si ilə bağlı bütün yeni rekordları vurub - 2020-ci il üçün 750 milyard dollar. Amerikanın The Washington Post qəzetinin yazdığına görə, bu büdcə ilə Pentaqon Çin və Rusiyanı hədəfə alıb.

ABŞ-ın anti-Rusiya hərbi proqramı olan "Avropa təhlükəsizliyinin təmin olunması barədə təşəbbüs" (European Reassurance Initiative) 2020-ci maliyyə ilində 6,5 milyard dollar alacaq ki, bu da Vaşinqton administrasiyası tərəfindən tələb olunan vəsaitdən 794 milyon dollar, cari ildəkindən isə 200 milyon dollar çoxdur.

Ancaq tam miqyaslı bir hərbi münaqişə vəziyyətində Rusiya bu vəsaitlə ABŞ və AB-ni tamamilə məhv edərdi. Əgər Vaşinqton və Brüsselin konsepsiyaları, strategiyaları və planları bu sərt reallığı görmürsə, onda onun nə dəyəri var?

Bakıda danışıqlar stolunun arxasında bütün ömrünü hərbi işə həsr eləmiş insanlar oturub. Və onlar bir dəfə işə düşmüş çarxı dayandırmağın nə qədər çətin olduğunu siyasətçilərdən yaxşı bilirlər. Təəssüf ki, onlar dünya üçün həyati əhəmiyyətli olan qərarları qəbul etmirlər. Biz bir tərəfdən hərbi-siyasi məsuliyyətin nümayişinin, digər tərəfdən də amerikanın "dırmıx üzərində rəqs"i davam etdirdiyinin şahidi oluruq.

Xəbər lenti
0