21:02 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0253
  • EUR1.9349
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova

Rusiya XİN Saakyanın Moskva səfərinə reaksiya verdi

© Sputnik / Mikhail Voskresensky
SİYASƏT
Qısa URL
19775 0 0

“Bu səfər şəxsi səfərdən başqa digər formada dəyərləndirilə bilməz”

BAKI, 30 noyabr — Sputnik. Qondarma "Dağlıq Qarabağ Respublikasının lideri Bako Saakyanın" Moskvaya səfəri şəxsi səfərdən başqa digər formada dəyərləndirilə bilməz. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Bu səfər şəxsi səfərdən başqa digər formada dəyərləndirilə bilməz. Səfərin statusu aşkardır. Bu isə nə Rusiya qanunvericiliyi, nə mövcud beynəlxalq razılaşmalara, nə də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasına ziddi deyil" – deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan XİN-in məsələ ilə bağlı yayımladığı açıqlamada bildirilir: "Erməni kütləvi informasiya vasitələrində yer almış məlumata əsasən, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" Rusiya Federasiyasına səfər edib. Qanunsuz separatçı rejimin nümayəndəsinin Rusiya Federasiyasının ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Rusiya tərəfinin bu addımı Azərbaycan ilə Rusiya arasında mövcud olan münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir və ikitərəfli münasibətlərin normativ-hüquqi bazası ilə, xüsusilə də "Tərəflərin separatçı hərəkatları dəstəkləməmək, digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönələn şəxslərin fəaliyyətini qadağan etmək öhdəliyini" əks etdirən iki ölkə arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə ilə ziddiyyət təşkil edir.

"Qondarma rejimin "rəhbəri"nin ATƏT-in Minsk qrupu həmsədr ölkələrinə səyahəti, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür".

Əlaqədar

Rusiya XİN Xəzərin dibi ilə boru çəkilməsi üçün şərti açıqlayıb
Rusiya-İsrail gərginliyi artır, yəhudi səfir XİN-ə çağırılıb
Rusiya XİN İran məsələsində mövqeyini bildirdi
Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsində vasitəçilik səylərimizi davam etdiririk
Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız bir yolu var
Teqlər:
Münasibət, Səfər, Bako Saakyan, Rusiya XİN, Mariya Zaxarova

Əsas mövzular