SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya XİN Saakyanın Moskva səfərinə reaksiya verdi

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidОфициальный представитель министерства иностранных дел России Мария Захарова
Официальный представитель министерства иностранных дел России Мария Захарова - Sputnik Azərbaycan
Abunə olmaq
“Bu səfər şəxsi səfərdən başqa digər formada dəyərləndirilə bilməz”

BAKI, 30 noyabr — Sputnik. Qondarma "Dağlıq Qarabağ Respublikasının lideri Bako Saakyanın" Moskvaya səfəri şəxsi səfərdən başqa digər formada dəyərləndirilə bilməz. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Maria Zaxarova Azərbaycana gəlib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mariya Zaxarova Bakıdadır

"Bu səfər şəxsi səfərdən başqa digər formada dəyərləndirilə bilməz. Səfərin statusu aşkardır. Bu isə nə Rusiya qanunvericiliyi, nə mövcud beynəlxalq razılaşmalara, nə də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasına ziddi deyil" – deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan XİN-in məsələ ilə bağlı yayımladığı açıqlamada bildirilir: "Erməni kütləvi informasiya vasitələrində yer almış məlumata əsasən, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" Rusiya Federasiyasına səfər edib. Qanunsuz separatçı rejimin nümayəndəsinin Rusiya Federasiyasının ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Rusiya tərəfinin bu addımı Azərbaycan ilə Rusiya arasında mövcud olan münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir və ikitərəfli münasibətlərin normativ-hüquqi bazası ilə, xüsusilə də "Tərəflərin separatçı hərəkatları dəstəkləməmək, digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönələn şəxslərin fəaliyyətini qadağan etmək öhdəliyini" əks etdirən iki ölkə arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə ilə ziddiyyət təşkil edir.

"Qondarma rejimin "rəhbəri"nin ATƏT-in Minsk qrupu həmsədr ölkələrinə səyahəti, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür".

Xəbər lenti
0