09:15 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Azərbaycan və Rusiya prezidentləri Soçi görüşündən sonra mətbuat konfransında

Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb

© Sputnik / Aleksey Druzhinin
SİYASƏT
Qısa URL
117 0 0

“Azərbaycan Silahlı Qüvvələrini yeniləməkdə davam edir, Rusiya isə beynəlxalq bazarda vacib silah istehsalçısı və hərbi məhsul tədarükçüsüdür”

BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyadan alınan silahın həcmi barədə danışıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, dövlət başçısı Rusiyadan Azərbaycana silah göndərilməsi ilə bağlı həyata keçirilmiş müqavilələrin ümumi dəyərinin 5 milyard dollar olduğunu və bu rəqəmin artdığını qeyd edib.

“Biz bu gün hərbi-texniki sahədə gələcək əməkdaşlıqla bağlı müzakirə aparmışıq. Bu əməkdaşlıq artıq böyük ənənəyə malikdir. Rusiya və Azərbaycan arasında həyata keçirilən müqavilələr, Azərbaycanın Rusiyadan aldığı hərbi məqsədli məhsulların həcmi 5 milyard dolları keçib və artmaq tendensiyası göstərir. Çünki Azərbaycan Silahlı Qüvvələrini yeniləməkdə davam edir, Rusiya isə beynəlxalq bazarda vacib silah istehsalçısı və hərbi məhsul tədarükçüsüdür” – deyə İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib.

Əlaqədar

İlham Əliyev Vladimir Putini Azərbaycana dəvət etdi
Soçidə İlham Əliyev və Vladimir Putin arasında görüş olub
"İlham Əliyevin Soçi səfəri iki ölkənin münasibətlərində yeni səhifə açacaq"
İlham Əliyevlə Vladimir Putin Soçidə görüşəcəklər
Teqlər:
görüş, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, silah, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Əsas mövzular