10:27 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev: “Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub”

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
SİYASƏT
Qısa URL
17 0 0

Azərbaycan prezidenti Binəli Yildırıma Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbriklərini çatdırıb

BAKI, 29 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı ilk növbədə Binəli Yildırıma Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev Binəli Yıldırımın Baş nazir və digər vəzifələrdə çalışdığı dövrlərdə Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, Bakı-Tbilisi-Qars layihəsinin reallaşması işinə öz töhfəsini verdiyini vurğulayıb.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyini deyən dövlət başçısı ölkələrimizin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd edib. Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər. Prezident İlham Əliyev Binəli Yıldırımın Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsində çalışdığı dövrdə də parlamentlərarası əlaqələrimizin uğurla inkişaf edəcəyinə əminliyini bildirdi, ona bu vəzifədə uğurlar arzulayıb.

Xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Binəli Yıldırım Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyi ifadə edib. Türkiyə Böyük Millət Məclisinin sədri kimi ilk rəsmi səfərini Azərbaycana həyata keçirməsindən məmnunluğunu bildirən Binəli Yıldırım qeyd edib ki, onun Azərbaycanda birinci dəfə 15 il bundan əvvəl olduğu dövrlə müqayisədə ölkəmiz çox böyük inkişafa nail olub və Azərbaycanın tərəqqisi Türkiyədə böyük sevinc hissi doğurur.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş edib.

Əlaqədar

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib
Türkiyənin Parlament sədri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Teqlər:
görüş, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Əsas mövzular