22:52 25 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Bakı

Abstrakt-fəlsəfi sual: Daxil olmadığın yerdən necə çıxa bilərsən?

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
306 0 0

Ukraynalı politoloq, siyasi elmlər namizədi, Milli Strateji Araşdırmalar İnstitutunun məsləhətçisi Aleksey Poltorakov Sputnik Azərbaycan-a müsahibə verib

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenko bu yaxınlarda Nazirlər Kabinetinə Ukraynanın MDB-nin təsisçiliyindən çıxması ilə bağlı rəsmi prosedurları həyata keçirməyi həvalə edib. Ukraynanın MDB-dən çıxmasının bu ölkənin Azərbaycanla münasibətlərinə necə təsir göstərəcəyi barədə ukraynalı politoloq, siyasi elmlər namizədi, Milli Strateji Araşdırmalar İnstitutunun məsləhətçisi Aleksey Poltorakov Sputnik Azərbaycan-a müsahibə verib.

- Məlum olduğu kimi, Ukraynanın MDB-dən çıxması barədə söhbətlər birinci il deyil ki, gedir. Ukrayna doğrudan MDB-dən çıxacaq?

— Ukraynanın MDB-də olması bir qədər paradoksal xarakter daşıyır. Bir tərəfdən Ukrayna MDB-nin yaradıcılarından biridir. O, 1991-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasına səbəb olan Belovej sazişini imzalayıb. Digər tərəfdən, Ukrayna MDB-nin nizamnaməsini ratifikasiya eləməyib. Bu isə onu göstərir ki, Ukrayna MDB-nin "üzvü" deyil, "iştirakçısı"dır. Əslində, birlikdə qeyri-müəyyən statuslu bir müşahidəçi dövlətdir.

Belə olan təqdirdə isə ortaya beynəlxalq-hüquqi deyil, ümumiyyətlə, abstrakt-fəlsəfi sual çıxır: Daxil olmadığın yerdən necə çıxa bilərsən? Ümumi yanaşmanı nəzərə alsaq, MDB öz-özlüyündə sabiq sovet respublikalarının SSRİ-dən "sivil boşanma mexanizmi" idi. Sonra isə vəziyyət daha da dərinləşdi. Və belə vəziyyət yalnız təxmin edilən qeyri-müəyyənliklər yaradır.

- Ukraynanın MDB-dən ayrılması Azərbaycan-Ukrayna münasibətlərinə necə təsir göstərə bilər?

— MDB amili heç vaxt Ukrayna-Azərbaycan münasibətlərində əsas, həlledici olmayıb. Bu, həm xarici, həm də daxili şəraitlə izah oluna bilər. Həm Ukrayna, həm də Azərbaycan üçün MDB, artıq qeyd etdiyim kimi "sivil geostrateji boşanma" mexanizmidir, regional dezinteqrasiyanın özünəməxsus "yumşaq" alətidir.

Özü də MDB xüsusilə də, KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) kimi bir siyasi-hərbi strukturun "xarici təsviri"dir. KTMT-nin isə Ukrayna və Azərbaycana münasibəti eyni dərəcədə pozitiv deyil. Ukrayna və Azərbaycan regional inteqrasiyanın əsas aləti olaraq, özünü getdikcə doğrultmayan MDB-yə alternativ kimi GUAM tipli layihələri görür.

- Ticarət, iqtisadiyyat və s. kimi sahələrlə bağlı elə məqamlar varmı ki, onun üçün həqiqətən də qorxmağa dəyər?

— Kifayət qədər abstrakt olan "Ukraynanın MDB-dən çıxması" o demək deyil ki, Ukrayna dərhal Birlik çərçivəsində onun iştirakı ilə imzalanmış bütün çoxtərəfli sazişlərin üstündən xətt çəkəcək. Bu məsələ ilə bağlı hansısa ciddi çətinliklər gözləməyə dəyməz.

Özü də əsrin dörddə birində Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə dair yaradılmış sazişlərlə bağlı hüquqi baza bir çox parametrlərə görə MDB çərçivəsində yaradılmış hüquqi baza ilə üst-üstə düşür.

Misal üçün, 2002-ci ildə bizim ölkələrin hakimiyyətləri "Ukrayna və Azərbaycan vətəndaşlarının vizasız gediş-gəlişi haqqında" saziş imzalayıb. Bu saziş MDB formatında "vizasız rejim" problemini mötərizəyə salıb.

Eyni zamanda onu da xatırlatmaq lazımdır ki, MDB, Avrasiya İqtisadi Birliyi və GUAM çərçivəsində olan azad ticarət rejimi öz əhatə dairəsinə görə, ikitərəfli miqyasla üst-üstə düşərək biri digərini kompensasiya edir.

- Ukrayna MDB-ni tərk edəndən sonra Birlikdə qalan ölkələrlə münasibətlər necə inkişaf edəcək?

— "MDB ilə bu qəbildən olan münasibətlər" amili artıq çoxdan Ukrayna ilə Birlik üzvü olan ölkələr arasındakı münasibətlərdə əsas deyil. Ayrı-ayrı postsovet ölkələrinin Ukraynanın suverenliyi və ərazi bütövlüyü kimi prinsipial məsələlərdə istər BMT-də, istərsə də ümumilikdə ortaya qoyduğu mövqe, yanaşma daha vacibdir. Bu, Azərbaycan üçün də keçərlidir.

Zahirən paradoksal görünsə də, daxilən məntiqlidir ki, Ukraynanın MDB-dən çıxmasına və Azərbaycanın həmin qurumun üzvlüyündə qalmasına baxmayaraq, bizim ölkələrin ikitərəfli münasibətlərindəki ümumi tendensiya müsbətdir və yüksələn xətt üzrə inkişaf etməkdədir. Eləcə də ölkələrimiz arasındakı münasibətlər yeni sahələrdə, o cümlədən hərbi-texniki sahədə də inkişaf edir.    

Teqlər:
Milli Strateji Araşdırmalar İnstitutu, Aleksey Poltorakov, diplomatik əlaqələr, MDB, Ukrayna

Əsas mövzular